Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Gəncə şəhərində xocalılar yaşayan qəsəbədə tədbir keçirildi

0







  • 26.02.2016-cı il tarixdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbə-2-də Xocalı soyqırımının 24-cü ildönümündə anım tədbiri keçirildi. Tədbirdə Gəncə şəhər ictimaiyyəti və qəsəbə sakinləri iştirak etdilər.
    Tədbiri Xocalı rayon İƏD üzrə nümayəndəsi Şahid Rzayev açıq elan etdi. Bir gecədə 613 nəfər soydaşımızın amansızcasına qətlə yetirildiyi soyqırımdan danışdı.
    Vətən torpaqları uğrunda şəhid düşmüş bütün soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Sonra çıxış üçün söz ardıcıl olaraq Xocalı rayon Kosalar kənd ağsaqqalı, müharibə iştirakçısı Məmmədov Kamran Cümşüd oğluna, şəhid ailəsi Quliyeva Validə Əfqan qızına və keçmiş döyüşçü, Qarabağ əlili Əsədov Elmidar Əhəd oğluna verildi. Məmmədov Kamran soyqırımın başvermə səbəbindən və soyqırımdan əvvəlki vəziyyətdən söhbət açdı. Quliyeva Validə "donmuş ilan onu qızdıranı çalar" məsəlini çəkərək erməniləri zəhərli ilana bənzətdi. O, bildirdi ki, ermənilər quyruğunun üstündə durub ona çörək verən millətimizə soyqırım törədiblər. Müharibə iştirakçısı Əsədov Elmidar müharibənin qanlı-qadalı çağlarını xatırlatdı. Ermənilər havadarlarının, rusların 366-motoatıcı alayının köməyi ilə silahsız camaata soyqırım törətdi. Xocalı odlara qalandı.
    Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev Xocalı soyqırımının başvermə səbəblərini o vaxtkı hakimiyyətin səriştəsiziliyi ücbatından baş verdiyini bildirdi. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Əgər ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəlməsəydi, bügünkü inkişafdan söz gedə bilməzdi. Bu gün Azərbaycan xalqı əmin-amanlıq içərisində yaşayır. Hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. və öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir.
    Xocalı sakinləri ləyaqətli insanlardır. Bu onların nə qədər qürurlu olduğundan xəbər verir. Mən inanıram ki, biz Xocalıya və digər işğal altında qalan torpaqlarımıza qayıdacağıq. Elmar Vəliyev çıxışının sonunda qeyd etdi ki, Xocalı şəhidlərinin ruhuna hörmət əlamati olaraq qəsəbədə abidə ucaldılacaq.
    Sonra Xocalı rayon Kosalar kənd tam orta məktəbinin şagiridləri  Xocalı soyqırımı haqqında yazılan şeirləri sənləndirdilər. Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Xocalı faciəsinə həsr olunmuş tamaşa göstərdilər.
    Sonda Xocalı rayon məktəblilərinin soyqırımın dəhşətlərini əks etdirən rəsm sərgisinə baxış keçirilib.

























    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi8 il öncə
    İzlənib45 dəfə
    Xocalı soyqırımının 24 ildönümü münasibətilə Gəncə şəhərində xocalılar yaşayan qəsəbədə tədbir keçirildi

    Maraqlı gələ bilər
    62
    50
    52
    45